...

Son beş ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət 5 milyard dollardan artıq vəsait ayırıb – Baş nazirin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 12:26 (UTC +04:00)
Son beş ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət büdcəsindən 5 milyard dollardan artıq vəsait ayrılıb.
Son beş ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət 5 milyard dollardan artıq vəsait ayırıb – Baş nazirin müavini

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Son beş ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət büdcəsindən 5 milyard dollardan artıq vəsait ayrılıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Baş nazirinin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" beynəlxalq regional biznes forumunun açılışında bildirib.

Onun sözlərinə görə, 2006-2010-cu illər ərzində nəqliyyat sektoruna iki milyard dollar həcmində kredit cəlb olunub. Onlarda Azərbaycanın payı 400 milyon dollar təşkil edib.

Respublikada dəmiryol nəqliyyatının inkişafına böyük əhəmiyyət verilir. Bu il 2010-2014-cü illər dəmiryolun inkişafı üzrə dövlət proqramı təsdiqlənib. Bu sənəd dəmir yollarının yenidən qurulmasını, siqnal sisteminin modernləşdirilməsini, yeni vaqonların alınmasını nəzərdə tutur. Proqramın dəyəri 1,2 milyard dollardır.

Şərifovun sözlərinə görə, Azərbaycan öz nəqliyyat sisteminin inkişafı ilə yanaşı, TRACECA, Şimal-Cənub, Qərb-Şərq kimi dəhlizlərin də inkişafında fəal rol oynayır.

Hazırda Azərbaycanın dəmiryol sisteminin Gürcüstan və Türkiyənin dəmiryol sistemi ilə birləşdirilməsini nəzərdə turan Bakı-Tbilisi-Qars marşrutu ilə dəmiryolun tikintisi üzrə işlər gedir. Yeni xəttin 2012-ci ilədək istismara verilməsi planlaşdırılıb. 2013-cü ilədək Türkiyədə Bosfor boğazından dəmiryol tunelinin istismara verilməsi nəzərdə tutulub ki, bu da Asiyadan Avropaya yük və sərnişindaşımaların çıxışına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti