...

Azərbaycanın dəmir yollarının 60 faizə yaxını elektrikləşdirilib – "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 13:07 (UTC +04:00)
Azərbaycan MDB və Baltikyanı ölkələrin dəmiryol administrasiyaları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov Azərbaycan dəmir yollarının 130 illiyi münasibətilə "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
Azərbaycanın dəmir yollarının 60 faizə yaxını elektrikləşdirilib – "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend müxbir A.Axundov/

Azərbaycan MDB və Baltikyanı ölkələrin dəmiryol administrasiyaları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu barədə çərşənbə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov Azərbaycan dəmir yollarının 130 illiyi münasibətilə "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.

Əsgərovun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars və Şimal-Cənub kimi beynəlxalq nəqliyyat layihələrində fəal iştirak edir.

Əsgərovun dediyi kimi, Azərbaycanın dəmir yollarının uzunluğu 2930 km təşkil edir. Onlardan 2100 km istismar olunur. İstismar olunan yolların 60 faizi elektrikləşdirilib.

Oktyabrın 12-13-də Bakıda "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumu keçirilir. Forumun əsas mövzusu Şimal-Cənub nəqliyyat dəhlizinin effektiv inkişafıdır.

Xəbər lenti

Xəbər lenti