...

Gürcüstanda dənizin çirkləndirilməsi faktı üzrə Syerra-Leone bayrağı altında üzən tanker saxlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 14:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan sərhədçiləri dənizin çirkləndirilməsi faktı üzrə Syerra-Leone bayrağı altında üzən tankeri saxlayıblar. Bu barədə Trend-ə bazar ertəsi Gürcüstanın sərhəd polisi məlumat verib.

Sərhəd polisi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Batumi limanının 8-ci körpüsündə "EAKTAMOS" tankeri saxlanılıb.

Gəminin kapitanı, Türkiyə vətəndaşı Sana Şenekə qarşı cinayət işi qaldırılıb.

Gəmi kapitanını 45 min dollar cərimə gözləyir.

Xəbər lenti

Xəbər lenti