Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/
TRACECA-nın (Avropa-Qafqaz-Asiya) yeni baş katibi Moldova nümayəndəsi Eduard Biryukov olub. Bu barədə bazar ertəsi TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev məlumat verib. Baş katibin seçilməsi üzrə səsvermə Brüsseldə TRACECA hökumətlərarası komissiyasının 8-ci iclası çərçivəsində keçirilib.
Mustafayevin sözlərinə görə, baş katib postuna iki namizəd irəli sürülmüşdü. Namizədlərdən biri Rumıniya nümayəndəsi idi. Lakin səsvermənin nəticələrinə görə baş katib Moldova nümayəndəsi oldu.
Hazırda TRACECA-ya üzv olan iştirakçı dövlətlər bunlardır: Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna, İran.