...

Türkmənistan - Özbəkistan tərəfdaşlığı strateji xarakter daşıyır – Prezident Qurbanqulu Berdiməhəmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 15:46 (UTC +04:00)
Türkmən-özbək tərəfdaşlığı strateji xarakter daşıyır, bunu bir sıra birgə layihələrin mövcudluğu da sübut edir. Bu barədə çərşənbə günü Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov özbək həmkarı İslam Kərimovla Aşqabadda apardığı danışıqlardan sonra bəyan edib.
Türkmənistan - Özbəkistan tərəfdaşlığı strateji xarakter daşıyır – Prezident Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 20 oktyabr /Trend, müxbir H.Həsənov/

Türkmən-özbək tərəfdaşlığı strateji xarakter daşıyır, bunu bir sıra birgə layihələrin mövcudluğu da sübut edir. Bu barədə çərşənbə günü Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov özbək həmkarı İslam Kərimovla Aşqabadda apardığı danışıqlardan sonra bəyan edib.

"Eləcə də bu, əsrin ən iri layihəsinin - ötən ilin dekabr ayında Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz kəmərinin istismara verilməsidir", - Berdiməhəmmədov bildirib. Onun sözlərinə görə, "İki ölkə iqtisadiyyatının dinamik inkişafı bütün Mərkəzi Asiya regionu dövlətlərinin davamlı inkişafına böyük təsir göstərir".

Aşqabad və Daşkəndin üstün istiqamətləri kimi ticarət, yanacaq-energetika, inşaat və tikinti materiallarının istehsalı, nəqliyyat və kommunikasiyalar, tekstil, kimya sənayesi, aqrar sektor kimi sahələrdə əlaqələrin dərinləşməsi və inkişafı hesab edilib.

"Türkmənistan və Özbəkistan qlobal inkişafın və dünya siyasətinin bir çox aktual problemlərində oxşar mövqe və ya üst-üstə düşən baxışlara malikdirlər ki, bu da beynəlxalq arenada qarşılıqlı fəaliyyət üçün konstruktiv əsas təşkil edir", - Berdiməhəmmədov deyib.

Onun sözlərinə görə, "Türkmənistan və Özbəkistan ümumi razılaşma və mehriban qonşuluğun, digər dövlətlərin daxili işlərinə qarışmamaq, müasir dövrün təhdid və hədələrinə qarşı mübarizədə bütün dünya birliyinin səylərinə tam əməl edilməsi, davamlı inkişafın təmin olunması üzrə ali prinsiplərə tam əməl edir".

Turizm sahəsi çox şey vəd edən və perspektivli sahələrdən biridir. Çünki hər iki ölkə zəngin tarixi-mədəni irsə, eləcə də bütün dünya xalqlarının diqqətini çəkən memarlıq abidələrinə malikdir.

Oktyabrın 20-də Prezident Kərimov Türkmənistana rəsmi səfəri çərçivəsində Daşoğuz vilayətinə səfər edəcək. O, burada Prezident Berdiməhəmmədovla birgə türkmən və özbək xalqları dostluğu festivalının təntənəli mərasimlərində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti