...

Azərbaycan şirkətinin il ərzində topladığı sığorta haqları 20 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2010 19:31 (UTC +04:00)
Azərbaycanın "AtaSığorta" şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının ümumi həcmi 3,19 milyon manat təşkil edib ki, bu da ötənilki göstəricini 20,6 faiz üstələyib.
Azərbaycan şirkətinin il ərzində topladığı sığorta haqları 20 faizdən çox artıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "AtaSığorta" şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının ümumi həcmi 3,19 milyon manat təşkil edib ki, bu da ötənilki göstəricini 20,6 faiz üstələyib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Hesabat dövründə 0,51 milyon manat məbləğində sığorta ödənişləri verilib ki, bu da ötən ilin analoji dövründəkindən 24,4 faiz azdır.

Bu ilin ilk 9 ayı ərzində şirkət 4,39 milyon manat gəlir əldə edib, ümumi xərcləri isə 3,67 milyon manat olub. Bunun nəticəsində balans mənfəəti 0,72 milyon manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 milyon manata bərabərdir. Bir ay ərzində səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 4,8 milyon manata çatdırılacaq.

Şirkət könüllü sığortanın 22 və icbari sığortanın 5 növü üzrə fəaliyyət göstərir.

Noyabrın 8-nə olan rəsmi məzənnə 0,7999 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti