...

Azərbaycan sahibkarları çörək istehsalı müəssisələrinin yaradılması üzrə 17 investisiya layihəsi təqdim ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2010 19:08 (UTC +04:00)
Kömək Milli Fonduna (SKMF) çərşənbə günü keçirilən müsabiqə zamanı çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi məqsədilə fəaliyyətdə olan müəssisələrin yenidən qurulması üzrə 17 təklif daxil olub.
Azərbaycan sahibkarları çörək istehsalı müəssisələrinin yaradılması üzrə 17 investisiya layihəsi təqdim ediblər

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) çərşənbə günü keçirilən müsabiqə zamanı çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi məqsədilə fəaliyyətdə olan müəssisələrin yenidən qurulması üzrə 17 təklif daxil olub. Bu barədə çərşənbə günü Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Milli Fondun verdiyi elan üzrə sahibkarlıq subyektlərindən (Bakı şəhəri üzrə 8, Aran iqtisadi rayonu üzrə 4, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 və Abşeron iqtisadi rayonu üzrə 1 təklif) 17 təklif daxil olub", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, 17 investisiya təklifinin ümumi dəyəri 27,3 milyon manat təşkil edib. Bunun 17,6 milyon manatı Fondun xətti ilə güzəştli kreditlərin payına düşür. Tender təkliflərinin qiyməti 500 min manatdan 4,2 milyon manat, SKMF-nin kreditlərinə tələbat isə 230 min manatdan 2,8 milyon manat arasında dəyişib.

"Müəssisələrin yaradılması üçün müasir infrastruktur və avadanlığın olmasını yoxlamaq məqsədilə ilkin monitorinqlər və sahibkarlarla görüşlər keçiriləcək", - o bildirib.

Seçilən layihələr həm sahibkarların şəxsi vəsaitləri, həm də Fondun güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Azərbaycan İnvestisya Şirkəti (AİŞ) və ya onun törəmə şirkətlərinin iştirakı da mümkündür.

Xəbər lenti

Xəbər lenti