...

Bakı Ağ Şəhər Layihəsi hər il Honkonqda keçirilən MİPİM ASİA 2010 sərgisində təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 14:40 (UTC +04:00)
Hər il "Reed MİDEM" şirkəti tərəfindən keçirilən MİPİM ASİA 2010 sərgisində şəhərlərin və regionların hökumətləri, inşaat şirkətləri, beynəlxalq investorlar, mehmanxana şəbəkələri, idarəetmə şirkətləri, françayz şəbəkələri, maliyyə və konsaltinq təşkilatları iştirak ediblər. Sərgi, ümumilikdə, 2000-dən artıq iştirakçını, həmçinin dünyanın müxtəlif ölkələrini və regionlarını təmsil edən 650 şirkəti birləşdirib.
Bakı Ağ Şəhər Layihəsi hər il Honkonqda keçirilən MİPİM ASİA 2010 sərgisində təqdim edilib

Аzərbaycan, Bakı, 24 noyabr /Trend/

Hər il "Reed MİDEM" şirkəti tərəfindən keçirilən MİPİM ASİA 2010 sərgisində şəhərlərin və regionların hökumətləri, inşaat şirkətləri, beynəlxalq investorlar, mehmanxana şəbəkələri, idarəetmə şirkətləri, françayz şəbəkələri, maliyyə və konsaltinq təşkilatları iştirak ediblər. Sərgi, ümumilikdə, 2000-dən artıq iştirakçını, həmçinin dünyanın müxtəlif ölkələrini və regionlarını təmsil edən 650 şirkəti birləşdirib.

MİPİM ASİA 2010 sərgisi zamanı 150 nüfuzlu məruzəçinin çıxışlarını birləşdirən 40 məqsədli sessiya, bazar imkanlarının potensialının tədqiqatına, həmçinin müxtəlif regionlarda və müəyyən sahə seqmentlərində investisiya strategiyalarının həllinə yönəldilmiş diskussiyalar keçirilib. Prezident İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanı çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər Layihəsi ən qabaqcıl beynəlxalq investisiya layihələri ilə bir sırada təqdim edilib. Qeyd etmək lazımdır ki, həmin layihələrdən 80-ni MİPİM Asia Awards 2010 mükafatı üçün təqdim olunub.

Xəbər lenti

Xəbər lenti