...

"Atəşgah" Sığorta Şirkətinin keçirdiyi müsabiqənin qalibi müəyyən olunub!

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2010 14:14 (UTC +04:00)
Cari ilin noyabr ayının 20-də ölkənin sığorta bazarının ən iri şirkətlərindən olan "Atəşgah" sığorta şirkəti tərəfindən Facebook sosial şəbəkəsində elan edilən "Ən yaxşı həvəskar videoçarx" müsabiqəsinin qalibi müəyyənləşdirilib.
"Atəşgah" Sığorta Şirkətinin keçirdiyi müsabiqənin qalibi müəyyən olunub!

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Cari ilin noyabr ayının 20-də ölkənin sığorta bazarının ən iri şirkətlərindən olan "Atəşgah" sığorta şirkəti tərəfindən Facebook sosial şəbəkəsində elan edilən "Ən yaxşı həvəskar videoçarx" müsabiqəsinin qalibi müəyyənləşdirilib. Müsabiqənin şərtlərinə görə, arzu edən şəxs "Atəşgah" SŞ-nin "Arxayın Sürücü", "Arxayın Sakin" və "Arxayın Valideyn" məhsulları haqqında öz mobil telefonuna, foto və veb kamerasına videoçarx çəkə bilər və sonra onu Youtube-da yerləşdirməklə İnternetlə müsabiqə ünvanına göndərə bilər. Müsabiqə bu tipdən olan nadir tədbir olub.

Xatırladaq ki, "Arxayın Sürücü" avtonəqliyyat vasitələrinin sığorta paketidir. Müştəri bu məhsulu əldə etməklə həmişəlik özünü maksimum müdafiə olunmuş hiss edir.

Cəmi 135 manat ödəməklə öz avtomobilini 2500 manata və ya 159 manat ödəməklə 4 min manata maneəsiz sığortalaya bilərsən.

"Arxayın Sakin" sığorta paketini isə 95 manat məbləğində sığorta haqqı ödəməklə əldə edə bilərsən. Bu zaman 20 min manat məbləğində bədbəxt hadisələrdən, 1500 manat məbləğində isə məsuliyyət sığortası üzrə sığortalana bilərsən; 115 manat məbləğində sığorta haqqı ödəməklə 35 min manat məbləğində əmlak sığortası, 2 500 manatlıq məsuliyyət sığortası üzrə sığortalanmaq, nəhayət, 125 manat məbləğində sığorta haqqı ödəyərək bədbəxt hadisələrdən rekord məbləğdə, yəni 50 min manat əmlak sığortası və 3 500 manatlıq məsuliyyət sığortası üzrə sığortalanmaq mümkündür.

"Arxayın Valideyn" uşaqların bədbəxt hadisələrdən sığortalanması paketidir. Cəmi 19 manata Siz öz uşağınızı praktiki olaraq 1200 manat məbləğində bütün növ risqlərdən sığortalaya bilərsiniz. Həm də "Arxayın Valideyn" paketi Sizin yaxınlarınıza, doğmalarınız və sevdiklərinizin hamısına əla hədiyyə ola bilər.

"Ən yaxşı həvəskar videoçarx" müsabiqəsi sürətlə geniş populyarlıq qazanıb. Qısa müddət ərzində iştirakçılarla yanaşı tədbirin gedişini maraqla izləyən xeyli sayda qonaqlar meydana çıxıb.

Noyabrın 15-də çarxların qəbulu dayandırılıb və ayın 20-dək açıq "online" səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə müsabiqənin 120 səs toplamış qalibi müəyyən edilib. Həmin şəxs Eldar Bayramov olub.

Gələn həftə "Atəşgah" şirkətinin ofisində qalibə müsabiqənin baş mükafatı - Dubaya 5 günlük pulsuz səyahət təqdim olunacaq. "Atəşgah" SŞ auditoriyanın sığorta məhsulları barədə daim məlumatlandırılması çərçivəsində öz müştəriləri və Facebook-da şirkətin səhifəsinin oxucuları üçün müntəzəm müsabiqələr keçirməyi planlaşdırır.

"Atəşgah" SŞ 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat üzrə "Atəşgah Həyat" özəlləşmiş sığorta şirkəti "Atəşgah" Sığorta Qrupunun tərkibinə daxildir. "Atəşgah" SŞ fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. Birinci yarımilin yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta haqlarını toplamaq üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 6 regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti