...

KOICA Azərbaycanda torpaq kadastrı sisteminin inkişafı layihəsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 19:37 (UTC +04:00)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) cümə günü "Azərbaycanda torpaq kadastrı sisteminin inkişafı" layihəsinin başa çatdığını elan edib.
KOICA Azərbaycanda torpaq kadastrı sisteminin inkişafı layihəsini başa çatdırıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) cümə günü "Azərbaycanda torpaq kadastrı sisteminin inkişafı" layihəsinin başa çatdığını elan edib. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Layihə 2009-cu ilin sentyabr ayında başlayıb və 18 ay davam edib. KOICA-nın maliyyələşdirdiyi layihənin büdcəsi 1,5 milyon manat olub.

Layihənin tərkib hissələri kadastr metodologiyası üzrə konsaltinq, 20 azərbaycanlı mütəxəssis üçün Koreyada təlim proqramı, aero fotoçəkiliş, pilot layihə kimi Xəzər regionunun Zirə qəsəbəsində (1000 ha) torpaq qeydiyyatı üzrə ərazi tədqiqatı və Dövlət torpaq kadastrı və monitorinqi üzrə Elmi-İstehsalat Mərkəzində (DTKMEİM) torpaq kadastrı üzrə məlumat sisteminin yaradılması və inkişaf etdirilməsindən ibarət olub.

Xəbər lenti

Xəbər lenti