...

Bakı hava limanı ştat cədvəli üzrə fəaliyyət göstərir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2010 17:53 (UTC +04:00)
Heydər Əliyev beynəlxalq hava limanı ştat cədvəli üzrə fəaliyyət göstərir. Bu barədə Trend-ə bazar günü "Azərbaycan Hava Yolları" qapalı səhmdar cəmiyyətindən bildiriblər.
Bakı hava limanı ştat cədvəli üzrə fəaliyyət göstərir (YENİLƏNİB)

Azərbaycan, Bakı, 28 Noyabr /Trend/
 
Heydər Əliyev beynəlxalq hava limanı ştat cədvəli üzrə fəaliyyət göstərir. Bu barədə Trend-ə bazar günü "Azərbaycan Hava Yolları" qapalı səhmdar cəmiyyətindən bildiriblər.

Agentliyə verilən məlumata görə, aviareyslər cədvələ əsasən həyata keçirilir, heç bir gecikmə yoxdur.

Xəbər verdiyimiz kimi, bazar günü səhər pis hava şəraiti Türkiyənin İstanbul Atatürk hava limanından yola düşən və Bakıya gələn təyyarənin (reysin nömrəsi J2 078) gecikməsinə səbəb olub.

Təyyarənin gəlməsi 06:05 səhər vaxtına gözlənilirdi, lakin pis hava şəraitinə görə onun enməsi 07:49-dək gecikib.

Xəbər lenti

Xəbər lenti