...

Azərbaycan bankı "NBCBank" "İlin etimad bankı" seçildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 19:06 (UTC +04:00)
"Azeri Business Award" Milli mükafatına layiq görülən Azərbaycanın bank sektorunda xüsusi yeri olan "NBCBank" ASC "İlin etimad bankı" seçilib.
Azərbaycan bankı "NBCBank" "İlin etimad bankı" seçildi

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Azeri Business Award" Milli mükafatına layiq görülən Azərbaycanın bank sektorunda xüsusi yeri olan "NBCBank" ASC "İlin etimad bankı" seçilib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

"Azeri Business Award" Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir.

Məlumatda deyildiyinə görə, 2010-cu il "NBC Bank" üçün çox uğurlu bir il oldu. İlk növbədə, bankın komandası peşəkar əməkdaşlarla möhkəmləndi. Bu, uğur qazanmaq üçün çox vacib amildir.

Son illərlə müqayisədə bankın göstəricilərində artımı görmək mümkündür. Son iki ildə "NBC Bank" aktivlərin ümumi həcmində 27% artıma nail olub. Kredit portfelində 32% artım, istehlak kreditlərində 21%, avtomobil kreditlərində isə 15% artım əldə olunub. Bankın ən uğurlu göstərici isə fiziki şəxslərdən cəlb edilmiş əmanətlərin artımı ilə bağlıdır. Belə ki, "NBC Bank" fiziki şəxslərdən cəlb edilmiş əmanətlərdə 2,4 dəfə artıma nail olub ki, bu da əmanətçilərin banka qarşı etimadının bariz göstəricisidir. Yeri gəlmişkən, Azərbaycanın bank bazarında analoji göstərici 47% təşkil edir.

"NBC Bank" futbol üzrə 2010-2011-ci il Azərbaycan kubokunun sponsoru oldu. Peşəkar Futbol Liqası və "NBC Bank" arasında Azərbaycan kubokunun titul sponsorluğu haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, "NBC Bank" XIX Azərbaycan kubokunun titul sponsoru oldu. Bundan sonra Azərbaycan kuboku "NBC Bank Azərbaycan Kuboku" adlanacaq. Tərəfdaşlıq müqaviləsini imzalamaqda əsas məqsəd Azərbaycan futbolunun inkişafına töhfə verməkdir.

Xəbər lenti

Xəbər lenti