...

11 ay ərzində Azərbaycan əhalisinə 16,2 milyard manat məbləğində mal satılıb və xidmət göstərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 18:49 (UTC +04:00)
2010-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinə 16,2 milyard manat məbləğində mal satılıb və xidmət göstərilib. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.
11 ay ərzində Azərbaycan əhalisinə 16,2 milyard manat məbləğində mal satılıb və xidmət göstərilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

2010-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinə 16,2 milyard manat məbləğində mal satılıb və xidmət göstərilib. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

Pərakəndə mal dövriyyəsi 12 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,5 faiz çoxdur. Hesabat dövrü ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 4,2 milyard manat məbləğində xidmət göstərilib və bu, ötən ilin yanvar-noyabr aylarındakı göstəricidən 10,4 faiz çoxdur.

Satılmış malların 64,5 faizi (7,8 milyard manat) ərzaq məhsullarının, 35,5 faizi (4,2 milyard) qeyri-ərzaq məhsullarının payına düşür. Satış həcmi müvafiq olaraq 7,4 və 12,5 faiz artıb.

Dekabrın 8-nə olan rəsmi məzənnə 0,7993 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti