...

Azərbaycanın sığorta şirkəti "AtaSığorta" həyat sığortası üzrə beynəlxalq təcrübəni öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

"AtaSığorta" ASC ilə "Sava Re" şirkəti arasında bağlanmış "Əməkdaşlıq haqqında niyyət protokolu" əsasında işgüzar əlaqələr həyata keçirilir. Həyat sığortası sahəsində "AtaSığorta" ASC-yə lazımi təşkilati və metodoloji dəstəyin göstərilməsi məqsədilə 13-19 dekabr 2010-cu il tarixlərində "AtaSığorta" ASC-nin əməkdaşları Şərgi Avropanın ən böyük təkrar sığorta şirkətlərindən biri və eyni zamanda 9 sığorta şirkətinin səhmdarı olan "Sava Re" şirkətində həyat sığortası üzrə treninqlər keçiblər. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Treyninqlər "Sava Re" şirkətinin Lyublyanada yerləşən baş ofisində və Novo Mesto şəhərində yerləşən "Tilia" sığorta şirkətində təşkil edilib. Treninq "Həyat sığortası şirkətinin təsisi və işlərin idarə edilməsi", "Həyat sığortası məhsullarının hazırlanması və inkişaf etdirilməsi", "Həyat sığortası məhsullarının satışı və sığorta agentləri şəbəkəsinin inkişaf etdirilməsi" mövzularını əhatə edib.

"AtaSığorta" ASC ilə "Sava Re" şirkəti arasında qarşılıqlı faydalı əməkdaşlıq davam etdirilir", - məlumatda deyilir.

"Sava Re" təkrar sığorta qrupunun əsası 1977-ci ildə qoyulub. Qrupun qərargahı Lyublyana (Sloveniya) şəhərindədir. Yanvar-iyun aylarında Sava Re-nin haqları 60 milyon avro, ödəmələri isə 50 milyon avro təşkil edib. Sava Re-ni xarici bazarlarda Sava Osiguranje (Serbiya), Tabak Osiguranje (Makedoniya) və Dukagjini Kompania e Sigurimeve (Kosova) sığorta şirkətləri təmsil edir.

"Ata Holdinq"in tərkibinə daxil olan "AtaSığorta" ölkənin sığorta bazarında 2004-cü ildən fəaliyyət göstərir. Şirkət sığortanın 21 növü üzrə könüllü, beş növü üzrə isə icbari sığorta xidmətləri həyata keçirir. Şirkətin ödənilmiş nizamnamə kapitalı iki milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti