Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Azərbaycan Sənaye Bankının (ASB Bank) Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən filialı 31 dekabr tarixində saat 10:00-dan 21:00-a qədər, 1 yanvar tarixində saat 14:00-dan 22:00-dək, digər bayram günləri isə fasiləsiz olaraq səhər saat 10:00-dan axşam 22:00-a kimi hər növ bank xidmətləri göstərəcək.
Mərkəzin giriş mərtəbəsində yerləşən ASB Park Bulvar filialı bütün il ərzində, bayram və istirahət günləri də daxil olmaqla, səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz 12 saat ərzində müştərilərə xidmət göstərməyə hazırdır. Əlavə olaraq bankın avtomobil dayanacağında, 1-ci mərtəbə "giriş"də və "Food Court" (3-cü) mərtəbəsində, ümumilikdə üç ədəd bankomatı mərkəzin iş rejimi vaxtı ərzində möştərilərin xidmətindədir.
Bankın Park Bulvar filialından aşağıdakı bank xidmətlərindən istifadə etmək mümkündür:
- Bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi - konvertasiya;
- Western Union - sürətli pulköçürmə sistemi;
- Rabitə və kommunal ödənişləri;
- Plastik kartlarla əməliyyatlar;
- 7/24 ATM xidmətləri;
- Fərdi kreditlər;
- Biznes-kreditlər;
- POS-terminal xidmətləri.
Azərbaycan Sənaye Bankı 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 105,849 milyon manat, depozit portfeli 72,882 milyon manat, kredit portfeli 68,604 milyon manat, məcmu kapitalı 26,258 milyon manat, o cümlədən nizamnamə kapitalı 22,114 milyon manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 288 POS-terminalı fəaliyyət göstərir. Müştəri sayı 25 mindən çoxdur.