...

"Azərbaycan Hava Yolları" QSC beynəlxalq reyslərin sərnişinləri üçün kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2011 15:21 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC beynəlxalq reyslərdən birinə bilet almaqla daxili reyslərin birinə pulsuz bilet əldə etməyə imkan verən kampaniyaya başlayıb. Bu barədə cümə günü QSC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Azərbaycan Hava Yolları" QSC beynəlxalq reyslərin sərnişinləri üçün kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

"Azərbaycan Hava Yolları" QSC beynəlxalq reyslərdən birinə bilet almaqla daxili reyslərin birinə pulsuz bilet əldə etməyə imkan verən kampaniyaya başlayıb. Bu barədə cümə günü QSC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

2011-ci il yanvarın 1-dən etibarən aviaşirkətin istənilən beynəlxalq istiqamətdə reysinə ikitərəfli bilet alan Azərbaycan vətəndaşları seçimə əsasən, Bakı-Naxçıvan-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Zaqatala-Bakı və ya Bakı-Lənkəran-Bakı marşrutu üzrə əlavə olaraq bir pulsuz bilet əldə edəcəklər.

Əlavə pulsuz biletlərin üzərindəki tarix ilkin rəsmiləşdirilən beynəlxalq aviabiletin tarix müddətini 24 saat ötməməlidir.

Əlavə pulsuz biletdə uçuş tarixinin dəyişdirilməsinə yalnız ilkin rəsmiləşdirilən beynəlxalq aviabiletin uçuş tarixi də dəyişdiriləndə icazə verilir.

Xəbər lenti

Xəbər lenti