...

Azərbaycanda 600 kq-dan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2011 18:23 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər çərçivəsində keyfiyyətsiz süd məhsulları istehsalçısı aşkar edilib.
Azərbaycanda 600 kq-dan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər çərçivəsində keyfiyyətsiz süd məhsulları istehsalçısı aşkar edilib. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Məlumatda deyildiyi kimi, Bakı şəhəri, Xətai rayonunda yerləşən "Fresh milk" MMC-yə məxsus istehsal sexində aparılan yoxlama zamanı yağlılığı 3,2% olan qatıqların müvafiq reseptura olmadan istehsal edildiyi, istehsal edilmiş qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyənləşdirilib.

Reseptura olmadan istehsal edilmiş yağlılığı 3,2% olan 634 kq qatıq Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar, müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qatıqların geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Fresh milk" MMC-yə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara süd məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti