...

Azərbaycan bankı "Kredobank" kapitalını daha 5 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 21:06 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Kredobank" ASC-nın 5 milyon manat məbləğində adi, adlı, sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb.
Azərbaycan bankı "Kredobank" kapitalını daha 5 milyon manat artırır

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Kredobank" ASC-nın 5 milyon manat məbləğində adi, adlı, sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yaydığı məlumatda deyilir. Hər bir səhmin nominal dəyəri 10 min manat təşkil edir.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" çıxış edir. Bu günə bankın ödənilən kapitalı 15,5 milyon manat təşkil edir. Bankın 2,5 milyon manatlıq səhmlərinin son emmissiyası ötən ilin dekabrında keçirilib.

Bank 1994-cü ildə "Anar" kommersiya bankı adı ilə yaradılıb. Bu günə bankın 14 filialı var. Onların 6-sı Bakıda, qalanı Gəncə, Quba, Masallı, Göyçay, İsmayıllı, Füzuli, İmişli və Xaçmazdadır. Bankın 20 valyutadəyişmə məntəqsəi də var.

Xəbər lenti

Xəbər lenti