...

Azərbaycan Əmək Nazirliyindən 10 əməkdaş işdən qovulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 19:00 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə səkkiz əməkdaşı işdən qovub. Bu barədə nazirliyin 2010-cu ilin yekunlarına həsr edilən kollegiya iclasında nazir Füzuli Ələkbərov deyib.
Azərbaycan Əmək Nazirliyindən 10 əməkdaş işdən qovulub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə səkkiz əməkdaşı işdən qovub. Bu barədə nazirliyin 2010-cu ilin yekunlarına həsr edilən kollegiya iclasında nazir Füzuli Ələkbərov deyib.

"İl ərzində nazirliyin 116 əməkdaşı töhmət alıb, 34 əməkdaşa xəbərdarlıq edilib, bir əməkdaş barəsində isə fəaliyyətində qanun pozuntlarına yol verdiyinə görə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib", - nazir bildirib.

Onun sözlərinə görə, nazirliyin daha iki əməkdaşı 2011-ci ildə tutduğu vəzifədən azad edilib. Lakin bu köklü tədbirlərə baxmayaraq, nazirlik əhaliyə xidmətlərin göstərməsi sahəsində gözlənilən nəticələri əldə edib.

"Nazirlik öz vəzifələrini layiqincə yerinə yetirə bilməyən əməkdaşlara qarşı daha ciddi tədbirlər görəcək", - nazir vurğulayıb.

İclas zamanı nazir nazirliyin işinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi komissiyanı yaratmağı, eləcə də yerlərdə bir həftə ərzində əhalinin şikayətlərinə baxmağa imkan verəcək işçi qrup üçün iş planını hazırlamağı tapşırıb. Bundan başqa, ünvanlı sosial yardımın təyini üçün əhalidən tələb olunan sənədlərin sayının azaldılması üzrə təklifləri hazırlamaq da tapşırılıb.

Xəbər lenti

Xəbər lenti