...

Azərbaycan Dövlət Dəniz Administrasiyası NATO Şurasının nəqliyyat qrupunun iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 15:02 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) nümayəndə heyəti NATO-nun okean gəmiçiliyi sahəsində nəqliyyat qrupunun Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsindəki iclasında iştirak edəcək. İclas fevralın 3-4-də NATO-nun mənzil-qərargahında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü administrasiyadan bildirilib.
Azərbaycan Dövlət Dəniz Administrasiyası NATO Şurasının nəqliyyat qrupunun iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 2 fevral/ Trend /

Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) nümayəndə heyəti NATO-nun Okean gəmiçiliyi sahəsində nəqliyyat qrupunun Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsindəki iclasında iştirak edəcək. İclas fevralın 3-4-də NATO-nun mənzil-qərargahında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü administrasiyadan bildirilib. 

ADDA nümayəndə heyətinə administrasiyanın Dəniz təhlükəsizliyi şöbəsinin direktoru Vamiq Rəhimov başçılıq edir.

Azərbaycan Dövlət Dəniz Administrasiyası 2001-ci il aprelin 21-də yaradılıb və dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və nizamlamanı həyata keçirir.

Xəbər lenti

Xəbər lenti