...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Fransada işgüzar səfərdə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 20:35 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov cari ilin fevralın 2-3-də Parisdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Fransa Əqli Mülkiyyət İdarəsi tərəfindən təşkil olunan kontrafakt və piratçılıqla mübarizə üzrə “Əqli mülkiyyətə hörmətin təmin edilməsi – qlobal problemlərin effektli həlli” adlı VI Qlobal Konqresdə iştirak edib. Bu barədə dövlət komitəsinin bazar ertəsi yayılan məlumatında deyilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Fransada işgüzar səfərdə olub

Azərbaycan, Bakı, 7 fevral/Trend/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov cari ilin fevralın 2-3-də Parisdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Fransa Əqli Mülkiyyət İdarəsi tərəfindən təşkil olunan kontrafakt və piratçılıqla mübarizə üzrə "Əqli mülkiyyətə hörmətin təmin edilməsi - qlobal problemlərin effektli həlli" adlı VI Qlobal Konqresdə iştirak edib. Bu barədə dövlət komitəsinin bazar ertəsi yayılan məlumatında deyilir.

Konqresin işində 100-ə yaxın ölkə və beynəlxalq təşkilatdan 800-dək qonaq iştirak edib. Əsas müzakirə mövzuları konrtrafakt və piratçılıqla mübarizə istiqamətində əqli mülkiyyət sahəsinin inkişaf etdirilməsinin zəruriliyi, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyətə hörmət mühitinə yeni yanaşmanın bərqərar olması, korporativ məsuliyyət, internet vasitəsilə ticarətin yaratdığı problemlər və s. olub.

Konqresdən sonra Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sədri Frensis Qarri ilə görüşüb. Görüş zamanı Həsənov Frensis Qarrini Azərbaycana dəvət edib. 

Səfər çərçivəsində komitə sədri Fransa Əqli Mülkiyyət İdarəsinin direktoru İv Lapyer ilə də görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Əsas diqqət coğrafi göstəricilərin, adların mühafizəsi, bu sahədə hüquq pozuntularının qarşısını almaq üçün birgə mübarizə və s. məsələlər olub.

Fevralın 4-də isə komitə sədri Həsənov mərkəzi ofisi Paris şəhərində yerləşən Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büronun direktoru Maykl Kühne və Büronun məsul şəxsləri ilə görüş keçirib. Əsas müzakirə mövzusu Azərbaycanın milli etalonları və ölçü vahidlərinin beynəlxalq tanınması məqsədilə müvafiq işlərin təşkili, bu sahədə büronun rəy və təkliflərini əldə etmək olub.

Xəbər lenti

Xəbər lenti