...

Bu həftə Bakı Metropoliteni yeni vaqonlar alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 17:19 (UTC +04:00)
Bu həftənin sonunadək Bakı Metropoliteni "Metrovaqonmaş" ASC-nin istehsalı olan 10 yeni vaqon alacaq. Bu barədə Trend-ə çərşənbə axşamı ASC-dən bildiriblər.
Bu həftə Bakı Metropoliteni yeni vaqonlar alacaq

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

Bu həftənin sonunadək Bakı Metropoliteni "Metrovaqonmaş" ASC-nin istehsalı olan 10 yeni vaqon alacaq. Bu barədə Trend-ə çərşənbə axşamı ASC-dən bildiriblər.

Məlumata görə, bunlar 81-717.5B/81-714.5B (onlardan dördü əsas - 717.5B və altısı ara - 81-714.5B) modelli vaqonlar olacaq.

"Vaqonlar həftənin sonunadək Bakıya gətiriləcək", - ASC-dən deyiblər.

ASC-dən məlumat verildiyi kimi, martın birinci yarısında Bakı Metropoliteninə daha beş vaqon veriləcək.

Bakı şəhər İcra Hakimiyyətinin istəyinə görə, verilən vaqonlar ağ-göy rəng çalarlarına malik olacaq. Boyama üçün davamlı (6-8 il) poliuretan rəngdən istifadə olunub. Sərnişin salonundakı qapıların konstruksiyasında İtaliya istehsalı olan pnevmatik silindrlərdən istifadə edilib. Bakı metrosunun vaqon parkının 80 faizindən çoxunu "Metrovaqonmaş" ASC-nin vaqonları təşkil edir.

"Metrovaqonmaş" metro vaqonlarının istehsalı sahəsində aparıcı müəssisə və Rusiyada rels avtobuslarının yeganə istehsalçısıdır. Zavod Rusiya, digər MDB ölkələri, eləcə də Bolqarıstan, Macarıstan və Polşanın metropolitenlərini qatarlarla təmin edir.

Xəbər lenti

Xəbər lenti