...

2010-cu ildə "Azərbaycan Dəmir Yolları"nın gəlirləri 160 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2011 14:25 (UTC +04:00)
2010-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin daşımalardan gəlirləri 169 milyon manata yaxın olub.
2010-cu ildə "Azərbaycan Dəmir Yolları"nın gəlirləri 160 milyon manatı ötüb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

2010-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin daşımalardan gəlirləri 169 milyon manata yaxın olub. Trend-in məlumatına görə, bu barədə QSC-nin rəsmi internet saytında kollegiya iclasının yekunları üzrə yerləşdirilən məlumatda deyilir.

Ötən ilin yekunlarına görə, QSC-nin dəmiryolunun daşımalardan əldə etdiyi ümumi gəlir 168,912 mln manat təşkil edib, bunun 150,0 milyon manatı yükdaşımalardan, 18,9 milyon manatı isə sərnişindaşımalardan əldə edilib.

Hesabat dövründə dəmiryolda görülmüş iş və xidmətlərə çəkilmiş xərclər ümumilikdə 156,9 milyon manat təşkil edib, 12 milyon manat mənfəət əldə edilib. Ümumi gəlirdən 68,1 milyon manat işçilərin əməkhaqqılarının ödənilməsinə, 12,5 milyon manat sosial müdafiə fonduna, 26,6 milyon manat dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 26,4 milyon manat elektrik enerjisinə, yanacaq və su haqlarının ödənilməsinə, 23,3 milyon manat isə materialların alınmasına sərf edilib.

Kollegiya iclasında QSC rəhbəri Arif Əsgərov deyib ki, yol təsərrüfatı üzrə 2010-cu il ərzində 1,1 km yol əsaslı, 25,4 km yol isə orta təmirdən keçib.

Vaqon təsərrüfatında hesabat dövründə yük vaqonlarından 3021 ədədi depo təmirindən, 741 ədədi isə əsaslı təmirdən keçib. 2010-cu il ərzində 32 sərnişin vaqonu əsaslı, 280 vaqon isə depo təmirindən keçib.

Slovakiyanın "WEST GAZ" şirkətinə əsaslı bərpa və təmir üçün göndərilmiş 5 sərnişin kupe vaqonunun əsaslı təmiri aparılıb. Vaqonlar artıq təmir işlərinə göndərilib və onların bu il istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti