...

DB və Azərbaycan hökuməti kapital bazarının inkişafına dair danışıqların protokolunu imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2011 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) və Azərbaycan hökuməti kapital bazarının inkişafı layihəsi çərçivəsində danışıqları başa çatdırıblar və yekun protokol imzalayıblar. Bu barədə bazar ertəsi bankın Bakı nümayəndəliyindən məlumat verilib.

"Danışıqların yekunları üzrə protokol imzalanıb və təsdiqlənmək üçün Direktorlar Şurasına göndərilib. Gözlənildiyinə görə, layihənin həyata keçirilməsi üzrə kreditin təsdiqlənməsi mayın 17-də baş tutacaq", -nümayəndəlikdən deyiblər.

Nümayəndəlikdən qeyd edildiyi kimi, DB bu layihənin maliyyələşdirilməsinə 12 milyon dollar yönəldəcək, hökumət bu layihə çərçivəsində mal və xidmətlərin idxalı zamanı tutulan ƏDV üzrə xərcləri ödəyəcək.

İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi də (SECO) Azərbaycanda kapital bazarının inkişafı layihəsi çərçivəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və bazarda təkliflərin stimullaşdırılmasının yeni maliyyə alətlərinin işlənməsi üzrə iki komponenti maliyyələşdiriləcək. SECO layihəsi çərçivəsində iki milyon dollara yaxın məbləğdə texniki yardımın göstərilməsi planlaşdırılır.

DB ilə ölkə hökuməti arasında danışıqlar videokonfranslar vasitəsilə aparılır.

Bu layihənin maliyyələşdirilməsi Beynəlxalq İnkişaf Assosiasiyasının (DB qrupuna daxildir) kredit resursları hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti