...

Azərbaycanda peşə standartları beynəlxalq standartlara uyğunlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2011 15:07 (UTC +04:00)
Dünya Bankı ilə sosial müdafiənin inkişafı layihəsi çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkmilləşdirilmiş peşə standartları və ISCO 88/08-ə uyğun təlim standartlarının hazırlığı üzrə işçi qrupun ikinci iclası keçirilib.
Azərbaycanda peşə standartları beynəlxalq standartlara uyğunlaşdırılır

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Dünya Bankı ilə sosial müdafiənin inkişafı layihəsi çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkmilləşdirilmiş peşə standartları və ISCO 88/08-ə uyğun təlim standartlarının hazırlığı üzrə işçi qrupun ikinci iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Tədbirdə aidiyyəti orqan və təşkilatların nümayəndələri iştirak edib. Görüşdə layihə üzrə nailiyyətlər, standartların hazırlanmasının gedişi, standartların və prosedurların pilot sınağının keçirilməsi, standartların hazırlanmasında tərəfdaşların rolu, peşənin prioritetliyi üzrə bazar göstəriciləri və digər məsələlər müzakirə edilib.

Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə 200 peşə standartının, 100 təlim və 200 iş yerlərinin qiymətləndirilməsi standartının hazırlanması nəzərdə tutulub.

Peşə standartları iqtisadiyyatın beş sektoru - tikinti, kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji üzrə beynəlxalq standartlara uyğun hazırlanacaq.
Layihənin başa çatdırılması 2013-cü ilə nəzərdə tutulub. Layihənin məsləhətçisi qismində "GOPA Consultants" Beynəlxalq Konsaltinq Şirkəti (Almaniya) çıxış edir.

Xəbər lenti

Xəbər lenti