...

Serbiyanın iri sərmayədarları Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə maraq göstərirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 12:41 (UTC +04:00)
Azərbaycan serb şirkətləri və təşkilatlarının iki ölkə arasında ticari münasibətlərin dəstəklənməsi məqsədilə əməkdaşlığa cəlb edilməsinə ümid edir.
Serbiyanın iri sərmayədarları Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə maraq göstərirlər

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan serb şirkətləri və təşkilatlarının iki ölkə arasında ticari münasibətlərin dəstəklənməsi məqsədilə əməkdaşlığa cəlb edilməsinə ümid edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda azərbaycanlı və serb iş adamlarının görüşündə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov bildirib.

"Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 95 milyard dollardan artıq sərmayə qoyulub və onların böyük hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib", - Məmmədov deyib.

Tədbirdə 40-a yaxın azərbaycanlı və serb iş adamı iştirak edir. Onlar iqtisadiyyatın maşınqayırma, logistika, kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm və energetika kimi sahələrini təmsil edirlər.

"Ölkələrimiz dost münasibətlərə malikdirlər və biz bu münasibətlərin inkişafı və əməkdaşlığın dəstəklənməsinin tərəfdarıyıq", - Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç bildirib.

Serbiya nümayəndə heyəti Bakıya səfər çərçivəsində Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə maraq göstərən bir sıra iri sərmayədarlardan ibarətdir.

Azərbaycanla Serbiya arasında xarici ticarət dövriyyəsi 2010-cu ilin yekunları üzrə 1784,4 min dollar təşkil edib ki, bunun 99,8 faizi idxalın payına düşür. Ötən il Serbiyadan 1781,2 min dollarlıq mal gətirilib, Azərbaycan mallarının ixracı isə 3,2 min dollar səviyyəsindədir.

Xəbər lenti

Xəbər lenti