...

Azərbaycan Parlamenti TRACECA çərçivəsində multimodal daşımaların inkişafı haqqında sazişi təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 18:58 (UTC +04:00)
Cümə günü Azərbaycan Milli Məclisi TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi çərçivəsində multimodal daşımaların inkişafı haqqında sazişi ratifikasiya edib.
Azərbaycan Parlamenti TRACECA çərçivəsində multimodal daşımaların inkişafı haqqında sazişi təsdiq edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Cümə günü Azərbaycan Milli Məclisi TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi çərçivəsində multimodal daşımaların inkişafı haqqında sazişi ratifikasiya edib.

Multimodal daşımaların inkişafı haqqında saziş 2009-cu ildə imzalanıb.

TRACECA Aİ və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada onun tərədaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Təşkilatın Bakıda daimi katibliyi var.

Hazırda TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Xəbər lenti

Xəbər lenti