...

"Azərbaycan Dəmir Yolları" və Dünya Bankı dəmiryol layihəsi çərçivəsində işləri gücləndirmək fikrindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 15:40 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC və Dünya Bankı dəmiryol nəqliyyatı və ticarətinə dəstək layihəsinin reallaşması sahəsində əməkdaşlığı gücləndirmək fikrindədir.
"Azərbaycan Dəmir Yolları" və Dünya Bankı dəmiryol layihəsi çərçivəsində işləri gücləndirmək fikrindədir

Azə rbaycan, Bakı, 7 mart /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC və Dünya Bankı (DB) 2010-2014-cü illər üçün Azərbaycanın dəmiryol sisteminin inkişaf proqramı çərçivəsində həyata keçirilən dəmiryol nəqliyyatı və ticarətinə dəstək layihəsinin reallaşması sahəsində əməkdaşlığı gücləndirmək fikrindədir. Bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata görə, görüşlərin intensivləşdirilməsi haqqında razılaşma bazar ertəsi QSC nümayəndələrinin DB nümayəndə heyəti ilə görüşü zamanı əldə olunub.

Görüş zamanı QSC rəhbərinin müavini Qurban Nəzirov dəmiryol sisteminin inkişaf proqramı çərçivəsində həyata keçirilən işlər barədə danışıb. Eləcə də o qeyd edib ki, bir az əvvəl elan olunmuş tenderin nəticələrinə görə, beş şirkətin yeni lokomotivlərin alınmasına dair təkliflərinə baxılır. Gələcəkdə tətbiq olunacaq beynəlxalq maliyyə hesabatlılığının tətbiqi çərçivəsində G&G konsaltinq şirkəti tərəfindən hazırda təlimlər keçirilir.

DB-dən layihənin rəhbəri Ben Gericke investisiyalaşdırılan layihələr sahəsində indiyədək görülən işləri yüksək qiymətləndirib, sonrakı fəaliyyət zamanı baş verə bikləcək ləngimələrin qarşısının alınması ilə bağlı öz tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti