...

"Moody's" agentliyi Azərbaycanın reytinq proqnozunu artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 11:30 (UTC +04:00)
"Moody's İnvestors Service" reytinq agentliyi neftin qiymətinin artması və gəlirlərin prudensial idarə olunması ilə əlaqədar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına istinad edərək çərşənbə axşamı Azərbaycanın "Ba1" reytinq proqnozunu yenidən gözdən keçirərək onu "sabit"dən "müsbət"ə dəyişib.
"Moody's" agentliyi Azərbaycanın reytinq proqnozunu artırıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

"Moody's İnvestors Service" reytinq agentliyi neftin qiymətinin artması və gəlirlərin prudensial idarə olunması ilə əlaqədar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına istinad edərək çərşənbə axşamı Azərbaycanın "Ba1" reytinq proqnozunu yenidən gözdən keçirərək onu "sabit"dən "müsbət"ə dəyişib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Proqnozun dəyişməsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə aktivlərinin sürətli yığımını əks etdirir. Fondun aktivləri 2009-cu ilin sonundan 2010-cu ilin sonunadək 8 milyarddan 23 milyard dollaradək artıb. Mərkəzi Bankın valyuta ehtiyatları da 1,6 milyard dollardan 7 milyard dollaradək artıb.

Hökumət ÜDM-in 14 faizi həcmində birləşdirilmiş büdcə profisiti qeydə alıb. Bu zaman 2010-cu ildə cari əməliyyat hesablarının profisiti ÜDM-in 30 faizini təşkil edib.

Məlumatda bildirilir ki, hökumətin qeyri-neft sektorunun investisiyalaşdırılması üzrə davam edən səyləri reytinq proqnozunu yaxşılaşdırmağa kömək edib.

"Hökumət Sahibkarlıqğa Kömək Milli Fondunun yardımı ilə özəl sektoru fəal surətdə dəstəkləyir. Fond 2010-cu ildə 100-dən artıq şirkətə 125 milyon dollar həcmində sərmayə qoyub", - "Moody's"in məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti