...

Azərbaycanda toyuq ətinin qiyməti ilə manipulyasiya edilməsi halları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 16:50 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər və araşdırmalar zamanı toyuq əti bazarında əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi hallarının olduğu müəyyən edilib.
Azərbaycanda toyuq ətinin qiyməti ilə manipulyasiya edilməsi halları aşkar olunub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər və araşdırmalar zamanı toyuq əti bazarında əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi hallarının olduğu müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Toyuq ətinin qiyməti ilə manipulyasiya edilməsinin səbəblərinin araşdırılması və sövdələşmələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalar aparılır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, qiymət manipulyasiyasına və sövdələşmələrə yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti