...

Azərbaycan və Gürcüstan qiymətli kağızlar sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 18:49 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Gürcüstan Milli Bankının idarə heyətinin sədrinin müavini Otar Nadaraianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və Gürcüstan qiymətli kağızlar sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Gürcüstan Milli Bankının idarə heyətinin sədrinin müavini Otar Nadaraianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

QKDK sədri Rüfət Aslanlı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və iqtisadi əlaqələrin durmadan genişlənməsinin hər iki ölkə üçün qarşılıqlı fayda doğurduğunu bildirib. O, Azərbaycan ilə Gürcüstan arasında maliyyə bazarlarının, xüsusilə də qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün potensialın mövcudluğunu qeyd edib. Aslanlı bu baxımdan ölkələrin qiymətli kağızlar bazarlarına dair əməkdaşlığın rəsmiləşdirilməsindən məmnunluğunu nümayəndə heyətinin diqqətinə çatdırıb.

Sonra QKDK və Gürcüstan Respublikasının Milli Bankı arasında qiymətli kağızlar bazarları sahəsində Əməkdaşlıq və İnformasiya Mübadiləsi haqqında Anlaşma Memorandumu imzalandı. Memorandumu Gürcüstan tərəfindən Milli Bankın idarə heyətinin sədrinin müavini Otar Nadaraia, Azərbaycan tərəfindən isə, QKDK-nın sədrinin müavini İlqar Muradov imzaladı.

Anlaşma memorandumu ilə ölkələrarası ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyacağını bildirən QKDK sədri əməkdaşlıq çərçivələrinin təmin edilməsinə, qarşılıqlı anlaşmanın və ikitərəfli əlaqələrin genişləndirilməsinə, texniki və tənzimləyici informasiya mübadiləsinin gücləndirilməsinə və investorların hüquqlarının müdafiəsinə yönələn bu sənədin gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləyib.

Gürcüstan Milli Bankının idarə heyətinin sədrinin müavini Otar Nadaraia bu Anlaşma Memorandumunun imzalanmasını ölkələrimiz arasında tarixi məqam olduğunu və qiymətli kağızlar bazarlarına dair əməkdaşlığın gələcək inkişafında mühüm rol oynayacağını bildirib.

Bununla da Azərbaycan ilə digər ölkələrin qiymətli kağızlar bazarının tənzimləyiciləri arasında 5-ci əməkdaşlıq sazişi imzalanıb. Belə ki, Gürcüstan ilə yanaşı, hazırda Türkiyə, Belarus, Qazaxıstan və Ukrayna ilə də əməkdaşlıq sazişi qüvvədədir.

Xəbər lenti

Xəbər lenti