...

Kapital Bankdan endirim kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 09:58 (UTC +04:00)
Kapital Bank müştərilərə xoş bir Novruz sürprizi hazırlayıb. Martın 15-dən etibarən Bank plastik kartlar üzrə endirim kampaniyasına başlayır.
Kapital Bankdan endirim kampaniyası

Kapital Bank müştərilərə xoş bir Novruz sürprizi hazırlayıb. Martın 15-dən etibarən Bank plastik kartlar üzrə endirim kampaniyasına başlayır.

Kampaniya çərçivəsində Kapital Bankın Visa Classic, MasterCard Standard, Visa Gold, MasterCard Gold, Visa Platinum, MasterCard Platinum, Visa Virtual, Maestro Gift kartlarını alan hər kəs onlardan 50 faiz güzəştlə istifadə edə bilər.

Ən sərfəli bank imicini daim qoruyub saxlayan Kapital Bankın ödəniş kartlarına sahib olmağın üstünlüyü təkcə illik xidmət haqlarındakı endirimlə məhdudlaşmır. Digər banklardan fərqli olaraq Kapital Bankın ödəniş kartlarından istifadə üçün nə ilkin məbləğə, nə sığorta depozitinə, nə də hesabda minimal qalığın olmasına ehtiyac var.

Endirim kampaniyasından faydalanmaq istəyən hər kəs 196 nömrəsinə zəng etməklə Bankın Müştəri Xidmətindən ətraflı məlumat ala bilər. Kampaniya mayın 31-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti