...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 13:31 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79326 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

7 mart

0,7938

14 mart

0,7933

8 mart

0,7938

15 mart

0,7933

9 mart

0,7936

16 mart

0,7933

10 mart

0,7936

17 mart

0,7932

11 mart

0,7933

18 mart

0,7932

Həftə ərzində orta

0,79362

Həftə ərzindərta

0,79326

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manat məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manat məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsir göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,0012 bənd (0,12 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,79226 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 14-də 0,7922 AZN/USD məzənnə ilə $0,36 mln., martın 15-də 0,7919 AZN/USD məzənnə ilə $6,85 mln., martın 16-da 0,7920 AZN/USD məzənnə ilə $33,686 mln., martın 17-də 0,7932 AZN/USD məzənnə ilə $1,5 mln. və martın 18-də 0,7920 AZN/USD məzənnə ilə $12,725 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

7 mart

0,7924

14 mart

0,7922

8 mart

0,7924

15 mart

0,7919

9 mart

0,7924

16 mart

0,7920

10 mart

0,7922

17 mart

0,7932

11 mart

0,7922

18 mart

0,7920

Həftə ərzində orta

0,79232

Həftə ərzində orta

0,79226

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti