Azərbaycan, Bakı, 29 mart /Trend/
"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi bazar ertəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada depozitlər üzrə "Ba2" uzunmüddətli reytinqini "sabit"dən "pozitiv"ə dəyişib. Bu barədə Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, bu, bir az əvvəl Azərbaycanın xarici valyutada depozitləri üzrə "Ba2" reytinq proqnozundakı dəyişikliklərdən sonra baş verib.
Moody's qeyd edib ki, ABB-nin xarici valyutada depozitlər üzrə uzunmüddətli reytinqi ölkə üçün ən yüksək hədlə məhdudlaşdırılıb.
Bankın başqa reytinqləri - xarici valyutada depozitlərin qısamüddətli reytinqi "Not Prime", milli valyutada depozitlərin uzunmüddətli reytinqi "Baa3/Prime-3", xarici valyutada uzunmüddətli prioritet təmin olunmamış reytinq "Baa3/Ba1", subordinasiya borclarının reytinqi "Baa3/Ba1" və bankın maliyyə davamlılığı reytinqi "Е +" - agentlik tərəfindən təsdiqlənib.