...

Azərbaycanda qanunsuz tikilən fərdi evlərin qeydiyyatı mexanizmi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 12:18 (UTC +04:00)
Azərbaycanda tezliklə icazəsiz tikilən fərdi evlərin qeydiyyatı mexanizmi qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.
Azərbaycanda qanunsuz tikilən fərdi evlərin qeydiyyatı mexanizmi hazırlanır

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda tezliklə icazəsiz tikilən fərdi evlərin qeydiyyatı mexanizmi qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.

Dövlətxanov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 9-da Bakı şəhər İcra Hakimiyyətindəki iclas zamanı verdiyi tapşırığa uyğun olaraq, artıq tikilmiş evlərin qeydiyyatının şəffaf mexanizmi işlənib hazırlanacaq və gələcəkdə qanunsuz tikililərin inşasına yol verilməyəcək.

Onun sözlərinə görə, qanunsuz tikililərin əksəriyyəti Bakıda yerləşir, ölkənin regionlarında bu proses nisbətən tənzimlənib.

Azərbaycanda mülkiyyətin üç növü var - dövlət, bələdiyyə və xüsusi mülkiyyət.

Dövlətxanovun sözlərinə görə, hazırda artıq tikilmiş evlərin qeydiyyatı mexanizmi hazırlanır. Onun layihəsi razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirliklərinə, Əmlak Məsələləri, Şəhərsalma və Arxitektura, Topraq və Xəritəçəkmə dövlət komitələrinə təqdim olunacaq, bundan sonra yekun variant qəbul ediləcək.

Hazırda Bakıdakı bütün bələdiyyələr qanunsuz inşa edilən bütün fərdi tikililərin ilkin siyahılarını rayon icra hakimiyyətlərinə təqdim etməlidirlər. Gələcəkdə siyahılar Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti