Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımı faktlarının qarşısının alınması üçün monitorinqlərin keçirilməsini davam etdirir. Trend-in məlumatına görə, bu barədə İİN-dən bildirilib.
Məlumatda deyildiyi kimi, aparılan monitorinqlər zamanı şəkər və şəkər tozunun, çayın, kərə və duru yağların, düyünün, qənnadı məmulatlarının, meyvə şirələrinin, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, eləcə də kartofun, soğanın, sitrus meyvələrinin qiymətlərində ucuzlaşma qeydə alınıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti xəbərdarlıq edir ki, qiymətlərin süni şişirdilməsinə, qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Monitorinqlər davam etdirilir.