...

İl ərzində Azərbaycanın bank sektorunun kapitallaşdırılması 9,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir N.İsmayılova/

2009-cu ilin fevral ayı ərzində Azərbaycanın bank sektorunun kapitallaşdırılması 1 faiz artıb, ötən ilin analoji dövrü ilə müqayisədə il ərzində isə 9,7 faiz artaraq 2190,31 manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından bazar ertəsi məlumat verilib.

AMB-nin statistik məlumatlarına görə, kapitalı 10 milyon manatı ötən bankların sayı cari ilin fevral ayının yekunları üzrə 40 ədəd təşkil edərək 2010-cu ilin dekabrı ilə müqayisədə iki ədəd, 2011-ci ilin yanvarı ilə müqayisədə isə 1 ədəd azalıb. Bankların bu kateqoriyasının ölkənin bütün banklarının məcmu kapitalında xüsusi çəkisi fevralda 98,5 faiz təşkil edib. Yanvarda bu göstərici 98,9 faiz, 2010-cu ilin dekabrında isə 98,9 faiz səviyyəsində olub.

Bankların üçündə (xüsusi çəkisi 1,3 faiz olan) kapital 5 milyon manatdan 10 milyon manata qədər həcmdə fomalaşıb, daha bir bankda (0,2 faiz) isə bu 3,5 milyon manatdan 5 milyon manataq qədər olub.

Aprelin 4-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti