...

Azərbaycanda "Dolce di Roma" qənnadı məhsullarının istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 18:23 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan növbəti monitorinqlər zamanı tort və peçenyenin müvafiq resepturalar olmadan istehsal edildiyi aşkar olunub.
Azərbaycanda "Dolce di Roma" qənnadı məhsullarının istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan növbəti monitorinqlər zamanı tort və peçenyenin müvafiq resepturalar olmadan istehsal edildiyi aşkar olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yayadığı məlumatda deyilir.

Bu qənnadı məhsulu Bakının Nəsimi rayonunda yerləşən " Dolce di Roma" müəssisəsində istehsal olunur.

Bundan başqa, istehsal və son istifadə tarixləri barədə məlumatların göstərilmədiyi müəyyən edilib. Beləliklə, müvafiq resepturalar olmadan istehsal edilmiş 225,43 kq tort və peçenye Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar, tort və peçenyenin istehsalının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Dolce di Roma" MMC-yə icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti