...

AZAL 2011-ci ildə keçiriləcək sərgilərin rəsmi tərəfdaşı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2011 12:34 (UTC +04:00)
2011-ci ildə "ITE Group" və onun tərəfdaşı "Iteca Caspian" şirkətləri tərəfindən Azərbaycanda təşkil edilən sərgilərin rəsmi hava yolları AZAL ("Azərbaycan Hava Yolları" QSC) şirkəti oldu.
AZAL 2011-ci ildə keçiriləcək sərgilərin rəsmi tərəfdaşı olub

Azərbaycan, Bakı, 11 aprel /Trend/

2011-ci ildə "ITE Group" və onun tərəfdaşı "Iteca Caspian" şirkətləri tərəfindən Azərbaycanda təşkil edilən sərgilərin rəsmi hava yolları AZAL ("Azərbaycan Hava Yolları" QSC) şirkəti oldu. Bu razılıq şirkətlər arasında uzun illərdən bəri davam edən məhsuldar əməkdaşlığın nəticəsidir.

Bu əlamətdar hadisə ilə əlaqədar "Iteca Caspian" şirkətinin direktoru cənab Fərid Məmmədov bildrib: "Biz AZAL şirkəti ilə əməkdaşlığımıza çox şadıq və bu əməkdaşlığın Azərbaycanda "Turizm ili"nə təsadüf etməsi ikiqat sevindiricidir. AZAL şirkəti bizim Azərbaycanda keçirdiyimiz bir sıra layihələrin daimi iştirakçısıdır və dəfələrlə beynəlxalq səviyyəli Azərbaycan sərgilərinin sponsoru və tərəfdaşı qismində çıxış edib. Mən əminəm ki, bu ilki əməkdaşlığımız beynəlxalq iştirakçılara daha keyfiyyətli xidmət göstərməyimizə şərait yaradacaq, keçirilən sərgilər isə AZAL şirkətinin öz xidmətlərini təşviq etməsi üçün əlverişli zəmin olmaqla regionda etibarlı, perspektivli, eləcə də ən dinamik inkişaf edən şirkət kimi nüfuzunu daha da möhkəmləndirəcəkdir".

Bu il Azərbaycanda 23 sərgi layihəsinin həyata keçirilməsi planlaşdırılır ki, onlardan beşi şirkətin portfoliosunda yeni tədbirlərdir.

Bütün sərgilər "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti