...

Azərbaycanın Sahibkarlar Konfederasiyası İordaniyanın Sənaye Palatası ilə əməkdaşlıq haqqında memorandum imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 13:37 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İordaniyanın Sənaye Palatası əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Azərbaycanın Sahibkarlar Konfederasiyası İordaniyanın Sənaye Palatası ilə əməkdaşlıq haqqında memorandum imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İordaniyanın Sənaye Palatası əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Memorandumu AMİ prezidenti Məmməd Musayev, İordaniya tərəfindən isə palatanın sədri Xatəm əl-Həlvani imzalayıb.

Sənəd Bakıda keçirilən Azərbaycan-İordaniya biznes forumu çərçivəsində imzalanıb. Forumun işində Azərbaycan və İordaniyadan əsasən tikinti sektoru, konsaltinq və b. sahələrdə ixtisaslaşmış 50-dən çox iş adamı iştirak edir.

Tədbir Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İordaniyanın Sahibkarlığın İnkişafı Cəmiyyəti (JEDCO) tərəfindən təşkil olunub. Biznes forumun yekunu üzrə iki ölkənin biznes cəmiyyətləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti