...

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 19:12 (UTC +04:00)
Aprelin 15-də Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Aprelin 15-də Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türfkiyə nümayəndə heyətinə isə xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan başçılıq edəcək. Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Ankaraya yola düşəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında mal dövriyyəsi 942,165 milyon dollar təşkil edib. Bu zaman idxalın payı 771,274 milyon dollar, ixrac 170,894 milyon dollar olub.

Ankara Ticarət Palatasının məlumatına görə, Türkiyənin Azərbaycanda birbaşa investisiyaları 3,8 milyard dollara çatıb.

"İnvestisiyaların təxminən 3,6 milyard dollarlıq böyük hissəsi enerji sektorunun payına düşür. Türkiyə Azərbaycanın kommunikasiya sektoruna 170 milyon dollar sərmayə qoyub", - Ticarət Palatasının rəhbəri Sinan Aygün bir müddət əvvəl bildirib.

Xaricdəki türk investisiyalarının həcminə görə Azərbaycan yalnız Niderlanddan geri qalır.

Xəbər lenti

Xəbər lenti