...

Azərbaycanda məişət tullantılarının təkrar emalı üzrə tədqiqatların aparılmasına tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir N.İsmayılova/

"Təmiz Şəhər" ASC məişət tullantılarının təkrar emalı ilə bağlı tədqiqatların aparılması üzrə məsləhətçi işlərin alışına tender elan edib. Trend-in məlumatına görə, bu barədə ASC-nin rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Tenderdə iştirakın dəyəri 200 manatdır. Tenderdə iştirak üçün aşağıdakı sənədlər təqdim edilməlidir: iştirak üçün yazılı müraciət, iştirakın ödənişi haqqında bank sənədi, tender təklifi, tender təklifinin dəyərinin bir faizi məbləğində bank zəmanəti, son il ərzində şirkətin maliyyə vəziyyəti haqqında bank arayışı, tam ad, hüquqi status, nizamnamə, rekvizitlər və qeydiyyata alındığı ölkə.

Tenderdə iştirak üçün sənədlər 11 may 2011-ci il tarixinədək, tender təklifləri və zəmanət 20 may 2011-ci il saat 15:00-dək Bakı şəhəri, Xocalı prospekti, 55 ünvanında qəbul edilir. Tender təkliflərinə 20 may 2011-ci ildə baxılacaq.

Azərbaycan Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamına əsasən, bərk məişət tullantılarının yerləşdirilməsi və utilizasiyası "Təmiz şəhər" ASC-yə tapşırılıb, Bakı ərazisində mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması isə şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti