...

TBC Kredit avtomobil kreditləri üzrə şərtləri yaxşılaşdırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 16:33 (UTC +04:00)
Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" "Avtomobil kreditləri" məhsulunun şərtlərini yaxşılaşdırdı.
TBC Kredit avtomobil kreditləri üzrə şərtləri yaxşılaşdırdı

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" "Avtomobil kreditləri" məhsulunun şərtlərini yaxşılaşdırdı. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Kreditlə istənilən avtomobili, yeni və ya işlənmiş, ilkin ödənişsiz və kreditin müddəti 3 ilə qədər olduqda, sığortasız almaq olar", - məlumatda deyilir.

Avtomobil kreditlərinin maksimal məbləği 50 min manat, müddəti isə 5 il təşkil edir. Kreditin illik faiz dərəcəsi 18-19%-dir. Kredit alınan maşının girovu ilə verilir.

"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı "TBC Bank"a, 25 faizi isə ShoreBank International Ltd.-yə məxsusdur.

Aprelin 25-nə olan rəsmi məzənnə 0,7915 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti