...

"flydubai" Afrikaya yeni aviareys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 13:11 (UTC +04:00)
"flydubai" aviaşirkəti həftədə üç dəfə Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə reys açdığını bəyan edib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir. Təyyarə Dubay aeroportunun ikinci terminalından uçacaq.
"flydubai" Afrikaya yeni aviareys açır

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"flydubai" aviaşirkəti həftədə üç dəfə Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə reys açdığını bəyan edib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir. Təyyarə Dubay aeroportunun ikinci terminalından uçacaq.

"flydubai" şirkətinin baş direktoru Qeyt Əl Qeyt bildirib: "Afrikanın hava məkanı məhdudlaşdırılıb. Son on il ərzində bu qitə dinamik qlobal qüvvəyə çevrilib və bizim marşrutların sayının artırılması Yaxın Şərqlə Afrika arasındakı ticari, mədəni və siyasi əlaqələrin mövcudluğuna sübutudur. Bütün qitə üçün giriş qapısı olan şəhərlərdən biri kimi Əddis-Əbaba regiondakı sənaye və enerji potensialını tərənnüm edir. Biz yeni marşrutumuzla gələcəkdə də Afrikanın turizm potensialını və iqtisadiyyatını dəstəkləməyi düşünürük".

Əddis-Əbəbə "flydubai" şirkətinin Afrikadakı yeddinci təyinat məntəqəsidir. Şirkətin qitəyə uçuşları 2009-cu ilin sentyabrında Cibutidən başlayıb. Bundan sonra "flydubai" şirkəti öz şəbəkəsinə İskəndəriyyə, Sohaq, Lüksor, Sudan və Xartumu əlavə edib. BƏƏ ilə Afrika arasında ticarət və turizm əlaqələr inkişaf etidyi bir dövrdə yeni bir reysin şirkətin iki region arasındakı əlaqələri gücləndirmək planından irəli gəlir.

Efiopiya ilə BƏƏ arasındakı güclü ticarət əlaqələri hazırda kənd təsərrüfatı və neft məhsullarının ixracı və idxalı üzərində qurulub. Amma hər iki ölkədə iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdikcə yeni ticarət əməkdaşlığının meydana çıxacağı və ölkələr arasındakı ticarət əlaqələrinin daha da genişlənəcəyi gözlənilir.

Dubaydan Əddis-Əbəbəyə biletin qiyməti 900 dirhəmdən başlayır. Biletə çəkisi 20 kiloya qədər olan yük və çəkisi yeddi kiloya qədər əl yükü yaxud kiçik noutbuk üçün çanta daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərə görə əlavə 100 dirhəm ödəmək lazımdır.

Əddis-Əbəbədən Dubaya biletlər 935 dirhəmdən başlayır.

Dubaydan Əddis-Əbəbəyə biletləri "flydubai" şirkətinin İnternet səhifəsi ( www.flydubai.com), telefon mərkəzi (+9714 301 0800) yaxud səyahət agentlikləri vasitəsilə sifariş etmək olar.

Dubayın ilk qənaətcil hava yolları olan "flydubai" şirkəti 2008-ci ilin martında Dubay hökuməti tərəfindən yaradılıb və 2009-cu il İyunun 1-də kommersiya uçuşlarına başlayıb. "flydubai" şirkətinin məqsədi səyahəti daha asan, daha stressiz və daha qənaətcil etməkdir.

Xəbər lenti

Xəbər lenti