Azərbaycan, Bakı, 5 may /Trend/
Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) filialı qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.
İATA-nın Azərbaycandakı nümayəndəsi Karamalakov İordan Antonov olub.
İATA-nın üzvü 265 aviaşirkətdir və onlar bütün beynəlxalq reyslərin 94 faizini həyata keçirirlər.
Assosiasiyanın mənzil-qərargahı Monrealda (Kanada), Avropa mərkəzi Cenevrədə (İsveçrə) yerləşir.