...

Birinci rüb ərzində "TBC Kredit" təşkilatının kredit portfeli 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2011 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu ilin birinci rübündə Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" kreditləşmənin həcmini artırıb. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildirilib.

1 may 2011-ci il tarixinə şirkətin kredit portfeli 22 milyon dollar təşkil edib ki, bu da 2010-cu ilin sonuna olan göstəricidən 15 faiz çoxdur. Portfelin 51 faizini təşkil edən biznes kreditləri üstünlüyə malikdir ki, onun da təxminən 22 faizini mikrobiznes kreditləşməsi çərçivəsində verilən kreditlər təşkil edir. Portfelin qalan 22 faizini istehlak kreditləri və 27 faizini ipoteka kreditləri təşkil edir.

"TBC Kredit" aprel ayında avtomobil kreditinin şərtlərini yaxşılaşdırıb. İndi adıçəkilən kreditlə yeni və ya işlənmiş istənilən avtomobili ilkin ödənişsiz və kreditin müddəti 3 ilə qədər olduqda sığortasız almaq olar. Avtomobil kreditlərinin maksimal məbləği 50 000 manat, müddəti isə 5 il təşkil edir. Kreditin illik faiz dərəcəsi 18-19 faizdir. Kredit alınan maşının girovu ilə verilir.

"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan "TBC Bank", 25 faizi isə "ShoreBank International Ltd" (ABŞ) şirkətinə məxsusdur .

Xəbər lenti

Xəbər lenti