...

Azərbaycanda reklam yayımında pozuntular aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 19:55 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.
Azərbaycanda reklam yayımında pozuntular aşkarlanıb

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Aparılan monitorinqlər zamanı təsərrüfat subyektləri tərəfindən qanunvericiliyin tələbələrinə əməl edilmədən yayımlanan reklam materialları müəyyən olunu b. Belə ki, "TREKA 2009" şirkətinin reklam materialında qanunvericiliyin tələblərinə zidd olaraq "nömrə 1" terminindən, "Farmay" aptekinin vitrinində körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklam materiallarında isə körpə təsvirlərindən istifadə olunduğu aşkar edili b. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Dövlət Xidməti tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib, nəticədə yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti