...

Mikroblara qarşı "Sun" təmizlik kağızlari ilə silahlanaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 18:40 (UTC +04:00)
"Azərsun Holdinq" tərəfindən "Sun" təmizlik kağızları ilə həyata keçirilən "Mikroblara qarşı "Sun" təmizlik kağızları ilə silahlanaq" adlı sosial layihə cəmiyyətin gələcəyi olan körpələrə gigiyena vərdişlərinin aşılanması, təmizlik vərdişlərinin formalaşması məqsədilə həyata keçririlir.
Mikroblara qarşı "Sun" təmizlik kağızlari ilə silahlanaq (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

"Azərsun Holdinq" tərəfindən "Sun" təmizlik kağızları ilə həyata keçirilən "Mikroblara qarşı "Sun" təmizlik kağızları ilə silahlanaq" adlı sosial layihə cəmiyyətin gələcəyi olan körpələrə gigiyena vərdişlərinin aşılanması, təmizlik vərdişlərinin formalaşması məqsədilə həyata keçririlir.

Hər bir vərdişin formalaşdırılmasının kiçik yaşlardan aşılanmasının vacibliyi nəzərə alınaraq ilk dəfə 2008-ci ildə yeni tədris ilinin başlanğıcında "Sun paper" tualet kağızlarının "Mikroblara qarşı "Sun paper"lə silahlanaq!" şüarı altında sosial layihə həyata keçirilmişdi. Başlanğıc olaraq kiçik, auditoriyanı əhatə edən layihəyə Bakı şəhərinin hər inzibati rayonu üzrə bir məktəb olmaqla orta təhsil pilləsinin ikinci sinifləri cəlb olunmuşdu.

Azərbaycan Təhsil Nazirliyi və Bakı şəhər üzeə Təhsil İdarəsinin rəsmi icazəsi, Uşaq Teatrının dəstəyi ilə 2008-ci ildə başlanan layihəyə olan böyük maraq və diqqət layihənin daha iki il davam etməsinə təkan verdi. İlkin olaraq, "Miroblara qarşı "Sun" təmizlik kağızları ilə silahlanaq" adlı layihə Bakının hər inzibati rayonu üzrə iki məktəbdə keçirildi. 2011-ci ildə isə layihə Azərbaycanın bölgələrini də əhatə etdi. Belə ki, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Qəbələ, Zaqatala, Yevlax, Tovuz, Şəmkir, Bərdə, Beyləqan, Goranboy, Şamaxı, Göyçay, İsmayıllı, Biləsuvar, Kürdəmir, Cəlilabad, Sabirabad, İmişli, Lənkəran, Masallı, Xaçmaz, Quba, Ağcabədi üzrə ümumilikdə 26 nöqtədə keçirilən layihəyə ilk olaraq Şirvandan başlanıldı.

Maarifləndirici xarakter daşıyan "Miroblara qarşı "Sun" təmizlik kağızları ilə silahlanaq" layihəsinin fərqli cəhəti onun interaktiv xarakterli olmasıdır. Yəni burada biliklərin aşılanması informasiyanın ənənəvi bir nəfər tərəfindən ötürülməsi ilə deyil, onun sual-cavab üsulu, şagirdlərin söhbətə qatılması, ən passiv şagirddən belə nəsə söz alınması və məzhəkələrin nümayişi ilə keçir. Belə ki, ilk olaraq aparıcı ilə tibb işçisi uşaqlarla sual-cavab edərək onlardan təmizlik, mikroblardan qorunmanın yolları haqqında məlumat alır, daha sonra isə mikroblar, bakteriyalar, bakterial göbələklərin törətdiyi fəsadlar, mikrob və bakteriyaların çox olduğu yerlər haqqında və bunlardan xilas olmağın yolları barədə ətraflı məlumatlar verir. Ən maraqlı mərhələ isə təmizlik, gigiyena, bakteriyalar və mikroblar haqqında Uşaq Teatrı tərəfindən hazırlanan kiçik məzəli səhnəcikləri olub. İnteraktiv olan bu səhnəciklər həm də məlumatlandırıcı xarakter daşıyaraq, uşaqları da onda iştirak etməyə sövq edib. Uşaqlar bu səhnəciklərdə daha həvəslə iştirak edir və deyilənləri təkrar-təkrar yada salırdılar. Gəzilən hər məktəbdə tədbirin sonunda şagirdlərə "Sun" təmizlik kağızları çeşidləri, əlfəcinlər və gigiyena haqqında deyilən məlumatların yer aldığı broşür hədiyyə edilib.

Layihənin nəticələrinə görə ümumi olaraq Azərbaycanın 26 nöqtəsində keçirilən layihədə 27 məktəb ziyarət edilib və 2000 nəfər şagirdlə ünsiyyət qurulub.

Xəbər lenti

Xəbər lenti