...

Gürcüstan parlamenti Bakı-Tbilisi-Qars üçün yeni kredit sazişini ratifikasiya edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 19:25 (UTC +04:00)
Gürcüstan parlamenti Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Marabda-Kartsaxi məntəqəsinin tikintisinə Azərbaycan tərəfindən Gürcüstana kreditin ayrılması haqqında sazişi ratifikasiya edib.
Gürcüstan parlamenti Bakı-Tbilisi-Qars üçün yeni kredit sazişini ratifikasiya edib

Gürcüstan, Tbilisi, 31 may /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Gürcüstan parlamenti Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Marabda-Kartsaxi məntəqəsinin tikintisinə Azərbaycan tərəfindən Gürcüstana kreditin ayrılması haqqında sazişi ratifikasiya edib.

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana əlavə olaraq 25 il müddətinə illik beş faizlə 575 milyon dollar ayrılıb. Ayrılan vəsaitlər dəmiryolun Tetritskaro-Axalkalaki hissəsinin tikintisinə və bərpasına, Axalkalakidə dəmiryol vağzalının tikintisinə, eləcə də digər dəmiryol infrastrukturunun tikintisinə yönələcək. Bu kredit "Kartsaxi-Marabda" şirkətinə ayrılıb və dövlət borcu deyil. Bu kredit dəmiryol işə salındıqdan sonra layihənin həyata keçirilməsindən əldə ediləcək gəlirdən qaytarılacaq.

Gürcüstan üçün 200 milyon dollar məbləğində birinci tranş da 25 il müddətinə, lakin illik bir faiz dərəcə ilə ayrılıb.

Azərbaycan və Gürcüstan hökumətləri arasında dəmir yolunun Marabda - Türkiyə sərhəddi (Kartsaxi) hissəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və reabilitasiyası üzrə işlərə dair sazişə edilən düzəlişlərə görə, kredit xəttinin ümumi həcmi 775 milyon dollar təşkil edir.

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və reabilitasiyasının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti