...

İsveçdəki azərbaycanlıların pensiya təminatı məsələsi müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2011 16:09 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və İsveç Sosial Sığorta Agentliyi İsveçdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatı məsələsini müzakirə edəcəklər.
İsveçdəki azərbaycanlıların pensiya təminatı məsələsi müzakirə olunur

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İsveç Sosial Sığorta Agentliyi İsveçdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatı məsələsini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

İsveç Sosial Sığorta Agentliyinin baş direktoru Adriana Lenderin başçılıq etdiyi nümayəndə heyəti iyunun 8-dən 12-dək Azərbaycanda səfərdədir.

"Rəsmi məlumatlara görə, İsveçdə 156 Azərbaycan vətəndaşı yaşayır, qeyri-rəsmi məlumata görə isə orada yaşayan azərbaycanlıların sayı 20 mindən çoxdur. Onların sosial hüquqları və Azərbaycana qayıtdıqdan sonra onların gələcək pensiya təminatları müzakirə olunmalıdır", - Müslümov deyib.

Bundan əlavə, onun sözlərinə görə, 2009-2016-cı illər ərzində Azərbaycanda pensiya sisteminin inkişafı üzrə dövlət proqramı özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur, bu istiqamətdə başqa ölkələrin, o cümlədən İsveçin təcrübəsi öyrənilir.

"Bu yaxınlarda bizim nümayəndə heyəti Almaniyada, Türkiyədə, Polşada və Estoniyada olub və Qazaxıstanın təcrübəsi ilə tanış olmaq üçün bu ölkəyə səfər gözlənilir. Biz habelə bu məsələni İsveç nümayəndə heyəti ilə də müzakirə edirik", - Müslümov bildirib.

Lenderin sözlərinə görə, İsveç Sosial Sığorta Agentliyi və DSMF artıq bir neçə ildir sosial sığorta və pensiya təminatı məsələlərini müzakirə edirlər.

"İsveçdə pensiya təminatı sistemi böyük tarixə malikdir, lakin hələ də təkmilləşməyib, ona görə də bizi xüsusilə texnoloji münasibətlərdə Azərbaycanda belə sistemin inkişafı maraqlandırır", - Lender deyib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə dərhal ən yeni texnologiyalardan istifadə etməklə sistem qurmaq olar. Halbuki sistemin çoxdan yaradıldığı ölkələrdə onlar artıq köhnəlib.

Azərbaycanda əmək pensiyası iki - baza və sığorta hissəsindən ibarətdir. Hazırda ölkədə pensiyaların baza hissəsi 85 manat təşkil edir.

İyunun 9-na olan rəsmi məzənnə 0,7887 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti